Bakıda kollec ərazisində bina tikildi: nazir direktoru işdən qovdu
Bakıda kollec ərazisində bina tikildi: nazir direktoru işdən qovdu
28 Sentyabr 2016 / 12:10 / Baxış sayı: 1260
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının  zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan  texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı, kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Məlumatda deyilir ki, Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov  səhlənkarlıq göstərərək  kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən  azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında  məsələ  qaldırılıb.

Təhsil Nazirliyindən bildirib ki, təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə