Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bakıda icazəsiz tikilən 41 mərtəbəli “Aypara Sarayı”nın sahibi kimdir? – FOTO/VİDEO

5510 oxunma | Tarix: | 1 həftə öncə

Məlum olduğu kimi, Bakı şəhərində Dəniz Vağzalı yaxınlığında “Aypara Sarayı” (“Crescent Palace”), “Aypara şəhərciyi” (“Crescent City”) və “Aypara oteli”indən (“Crescent Otel”) ibarət iri kompleks tikilir.

Təməli 2013-cü ilin avqust ayında atılan və artıq inşası başa çatmaq üzrə olan kompleksin tikintisinə rəsmi icazə 6 il sonra – 2019-cu ilin iyul ayının 26-da verilib. 26 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti 526s nömrəli icazə ilə Bakı şəhəri Neftçilər prospekti, 64/72 ünvanında 2,19 kektar ərazidə “Aypara sarayı və şəhərciyi” Kompleksinin tikintisinə icazə verib.

Nazirlər Kabineti tərəfindən verilən icazədə göstərilir ki, həmin ərazidə 41 mərtəbəli (43 201 kv. m.) ofis binası, 6 mərtəbəli alış-veriş mərkəzi, 32 mərtəbəli yaşayış binası və 29 mərtəbəli otel inşa olunacaq.

Bakıda icazəsiz tikilən 41 mərtəbəli "Aypara Sarayı"nın sahibi kimdir? - FOTO/VİDEO
Qeyd edək ki, “Aypara sarayı və şəhərciyi” Kompleksinin sifarişçisi “Gilan Holdinq” MMC-dir. Tikintinin başlanması barədə məlumata ilk dəfə 2013-cü ildə ölkənin aparıcı media orqanlarında yer verilib. Məsələn, 26 avqust 2013-cü il tarixində oxu.az saytında yer alan xəbərdə qeyd olunur ki, tikinti işlərini “İlk İnşaat Taah. San. ve Tic. A.Ş” şirkəti (Türkiyə) həyata keçirir. Bildirilir ki “Aypara Sarayı”nın 2015-ci ilin yanvar ayında, “Aypara şəhərciyi”nin isə 2015-ci ilin may ayında təhvil verilməsi planlaşdırılır. “Aypara oteli”nin tikinti işlərinin isə bitmə tarixi hələ dəqiqləşdirilməyib (bax: https://oxu.az/society/3513).
Bakıda icazəsiz tikilən 41 mərtəbəli "Aypara Sarayı"nın sahibi kimdir? - FOTO/VİDEO2018-ci ilin may ayında “Gilan Construction” şirkətinin rəsmi veb səhifəsində yer alan xəbərdə isə qeyd olunur ki, 2016-cı ildən başlayaraq “Crescent Hotel”, “Crescent City” biznes mərkəzini, “Crescent Place” yaşayış kompleksini və ticarət-əyləncə mərkəzlərini özündə birləşdirən möhtəşəm “The Crescent Development” layihəsi “Gilan Construction” şirkətlər qrupu tərəfindən inşa edilir (bax: http://www.gilanconstruction.com/xeberler/the-crescent-development-project).
Məlumat üçün qeyd edək ki, “Aypara sarayı və şəhərciyi” Kompleksinin tikintisilə məşğul olduğunu bildirən “Gilan Construction” şirkətinin rəsmi veb səhifəsində icra olunan layihələr arasında Fövqəladə Hallar nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus “Libraff” mağazaları da yer alıb (bax: http://www.gilanconstruction.com/libraff).
Onu da bildirək ki, Tale Hedərov daha əvvəl “GİLAN Holdinq”in rəhbərliyində təmsil olunub. Belə ki, Tale Heydərov “GİLAN Holdinq”in tərkibində yer alan “Qəbələ” Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən “United Enterprises International” şirkətinin rəhbəri olub.
Bakıda icazəsiz tikilən 41 mərtəbəli "Aypara Sarayı"nın sahibi kimdir? - FOTO/VİDEO

XƏBƏRLƏR:  Yeni icra başçısı niyə hoteldə qalır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir