Əsas menu

Bakıda hündürmərtəbəli bina yanır – VİDEO 

Bakıda hündürmərtəbəli binada yanğın baş verib. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə metronun Nizami stansiyasının yaxınlığında qeydə alınıb. Balababa Məcidov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində yanğın olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır. Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*