Bakıda gizli və öldürücü bioloji stansiyalar var? – Rəsmi açıqlama
Bakıda gizli və öldürücü bioloji stansiyalar var? – Rəsmi açıqlama
29 Noyabr 2016 / 18:29 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda gizli və öldürücü bioloji stansiyaların olması iddiaları ictimaiyyətdə ciddi narahatlıq doğurub. Yazar Həmid Herisçinin araşdırmasına görə, 2006-cı ildən başlayaraq Azərbaycanda mövcud olan bu cür stansiya və ya stansiyaların ucbatından ölkədə xərçəng xəstəliyi ildırım sürəti ilə artmağa başlayıb. 

Təxminən 10 il əvvələ qədər nadir xəstəliklərdən biri hesab edilən xərçəng xəstəliyi hazırda kişi və qadınlar arasında 50 %-ə qədər artmağa başlayıb. Qeyd edək ki, hazırda xərçəng xəstəliyindən təkcə böyüklər deyil, artıq uşaq və yeniyetmələr də əziyyət çəkməyə başlayıb.

İddialarda o da qeyd edilir ki, ABŞ tərəfindən vaxtaşırı maliyyələşdirilən bioloji laboratoriyada taun, vəba, Sibir xorası mikrobları yetişdirilir.

Məsələyə aydınlıq gətirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən sualımıza cavab verilməsə də, Respublika Taun Əleyhinə Stansiya ilə əlaqə yaratmağımız tövsiyə olundu. Qurumun direktoru Rakif Abdullayev Bakıda gizli və öldürücü bioloji stansiyanın mövcud olması ilə bağlı iddiaların əsassız olduğunu dedi: “Tam əminliklə deyirəm ki, Azərbaycanda, Bakıda elə bir formada, ümumiyyətlə, heç bir öldürücü laboratoriya yoxdur. Bizim stansiyada isə xüsusi təhlükəli xəstəliklərin laboratoriyası var. Həmin laboratoriya uzun müddətdir ki, fəaliyyət göstərir və orada xüsusi təhlükəli infeksiyalarla bağlı müayinələr aparılır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələyə bu cür münasibət bildirdi: “Müəyyən bioloji eksperimentlər və sairə haqqında şayiələr çoxdan gəzir. Məsələn, virusların insanlar üzərində təhqiqatı və yaxud ayrı-ayrı virusların peyda olması ilə bağlı. Amma digər tərəfdən də elmi baxımdan əsaslıdır ki, viruslar dəyişir, yeni görkəm alır. Ona görə də bu barədə məlumatlar kifayət qədər fakta əsaslanmır. Əslində insanlar üzərində təhqiqatların aparılması qadağandır. Vaxtilə Böyük Vətən müharibəsində insanlar üzərində təhqiqatlar aparılırdı. Amma düşünmürəm ki, hazırda insanlar üzərində bu cür təhqiqatlar aparılsın. Bunun üçün müxtəlif canlılar var. Hər halda, belə bir fakt varsa, bunun məsuliyyətini dövlət daşıyır. Bu, açıq şüalanmadır, ona qalsa məmurlar da, dövlət məsullu şəxslər də buna məruz qalırlar. Bu baxımdan, bu bir qədər inandırıcı görünmür. Hər halda, belə bir fakt varsa və bu cür jurnalist araşdırmaları ilə gündəmə gəlirsə, məsələyə ciddi yanaşılması yönündə müəyyən addımlar atılar. Bu, məhkəmə predmeti olan bir məsələdir və konkret ittihamdır. Bu cür iddialar irəli sürənin  konkret faktları olmalıdır”. (musavat.com)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə