Bakıda faciə – bütün ailə diri-diri yanaraq öldü…
Bakıda faciə – bütün ailə diri-diri yanaraq öldü…
29 Noyabr 2016 / 11:15 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatı məlum olub. Hadisənin şahidi olmuş şəxs Lent.az-a bildirib ki, yanğının baş verdiyi yarımçıq tikilinin zirzəmisində 6 ailə yaşayır və yanğın baş verərkən tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan onlar xilas ola bilməyiblər.

Gecə vaxtı qəfil başlayan yanğın orada yaşayanları təşvişə salıb və hamı mənzillərini tərk etməyə çalışıb. Tüstü çox qatı olduğundan Babaşovlar mənzili tərk edə bilməyiblər və ailənin 3 üzvü hamam otağına daxil olub. Onlar elə hamamdaca boğularaq ölüb. Ailənin digər bir üzvü isə yataq otağında vəfat edib. Faktla bağlı araşdırma aparılır.

***
9:04
Bakı şəhəri, Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2  olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Bizimxeber.azmeyit



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə