Bakıda evlərin qiymətinə yay necə təsir etdi ? EKSPERT ŞƏRHİ
Bakıda evlərin qiymətinə yay necə təsir etdi ? EKSPERT ŞƏRHİ
31 İyul 2016 / 18:47 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4
Bizimxeber

2016-ci ilin sonunadək Bakıda daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyini gözləməyə dəyməz.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi üçün zəmin yoxdur: “Lakin 2017-ci ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində müsbət dəyişikliklər gözləmək lazımdır. Xüsusilə ucuz mənzil seqmentində, daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərəcək sosial mənzil tikintisini nəzərdə tuturam”.

Ekspertin fikrincə, çox güman ki, 2016-ci ildə sosial mənzil tikintisi ilə bağlı hazırlıq işləri aparılacaq: “Bazarın monitorinqi aparılacaq, belə mənzillərin alınması, şərait və sair izah ediləcək, tikintinin özü isə bilavasitə gələn ilin əvvəlində başlayacaq”.

Daşınmaz əmlak bazarında mövcud vəziyyətə gəlincə, “MBA Group”un başçısının sözlərinə görə, iyun ayında daşınmaz əmlakın dəyəri may ayı ilə müqayisədə orta hesabla 1,95 faiz azalıb: “Ən çox azalma əvvəlki aylarda olduğu kimi, kommersiya obyektləri bazarında – 4,55 faiz müşahidə olunub. Mənzillərin qiyməti ilkin bazarda 1,1 faiz , təkrar bazarda isə 2,72 faiz azalıb”.

Bakının daşınmaz əmlak bazarında qiymətlər sabitləşəcək Ekspert əlavə edib ki, ilin fəsili də qiymətlərə əlavə azalma effekti göstərir: “Ənənəvi olaraq yay aylarında mənzil ucuzlaşır, çünki bu dövr “ölmüş mövsüm” sayılır. Belə ki, iyunda aktivlik 1,7 faiz azalıb. Daşınmaz əmlakın qiymətinin artması adətən martdan iyunadək, eləcə də payızda baş verir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə