Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşdü
Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşdü
14 Oktyabr 2016 / 13:38 / Baxış sayı: 964
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. 

Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub. Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə