Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI – FOTOLAR 18+
Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI – FOTOLAR 18+
04 Avqust 2016 / 11:03 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gecə Bakı şəhəri, Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Şirinov Rauf  Eldar oğlunu nəzarətsiz qalan it dişləyib. R.Şirinova 3 saylı Sabunçu Klinik Xəstəxanasında ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulduqdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Bizimxeber.az modern.az-a istinadən bildirir ki, R.Şirinov, əsasən, üz nahiyyəsindən xəsarət aldığından Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstəxanaya dəvət edilib.

Xəstəyə ilkin olaraq sol göz almasının kəsilmiş-cırılmış yarası, alt göz qapağının kəsilmiş-cırılmış yarası, üzün, çənənin yumşaq toxumalarının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Xəstə gecə 23:30 radələrində şöbə müdiri tərəfindən müayinə edildikdən sonra təcili əməliyyata alınıb. Yara kosmetik cərrahiyyə olunub, hazırda xəstənin vəziyyəti kafidir.

Hadisə ilə bağlı şöbə müdiri ilə əlaqə saxlamaq istəsək də, o, müsahibə verməkdən imtina edib.

Bu səbəbdən də R.Şirinovun dayısı Sahib Məmmədova müraciət etdik. S.Məmmədov sayta açıqlamasında uşağın səhhətinin kafi olduğunu bildirib:

“Uşaq əvvəlcə Sabunçu Rayon xəstəxanasına yerləşdirilmişdi. Mən ora çatanda onu artıq əməliyyat etmişdilər. Sabunçuda bizə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna getməyi məsləhət gördülər. Biz orada 5 saat gözlədik. İki savadsız həkim uşağı o vəziyyətdə gözlətdi, axırda mən özüm imtina ərizəsi yazdım”.

S.Məmmədov bundan sonra Raufu Tibb Universitetinin Cərrahiyyə Klinikasına aparıb:

“Xəstəxanada uşağa Qurban həkim baxdı. Çox sağ olsun, balamızı bizə qaytardı. Gözünə də baxdı, yaranı da müayinə etdi. Əməliyyat yerini açıb baxanda dəhşətə gəldi. Özü yaranı təmizlədikdən sonra yenidən kosmetik əməliyyat etdi. Şükür allaha ki, uşaq indi yaxşıdır.

Növbəti dəfə də avqustun 5-də vaksini etdirəcəyik. Həkim hər hansı bir təhlükə olmayacağını deyib”.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə