Əsas menu

Bakıda atışma – Kriminal avtoritet iki güllə ilə öldürüldü 

Bakının Binəqədi rayonunda silahlı insident baş verib. Qaynarinfo xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs “Mercedes” markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

***

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib. Bizimxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən rayonun Polis İdarəsindən məlumat verilib. Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib. 

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir güllə nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*