Bakıda arabir, rayonlarda intensiv yağış yağacaq PROQNOZ
Bakıda arabir, rayonlarda intensiv yağış yağacaq PROQNOZ
24 İyul 2016 / 15:04 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 25-nə Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı poroqnoz açıqlanıb.

Bizimxeber.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

İyulun 25-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacağı gözlənilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə