Bakıda ana körpəsini mağazaya atıb qaçdı – FOTO
Bakıda ana körpəsini mağazaya atıb qaçdı – FOTO
16 Avqust 2016 / 16:47 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda ana körpə qızını mağazada işləyən tanımadığı qadının yanında qoyub gedib.

Milli.Az bildirir ki, bu barədə Elnara Quliyeva Karimova adlı istifadəçi sosial şəbəkədə yazıb:

“Bu gün ağır gün keçirtdim… Bilmirəm, hisslərimi necə, hansı sözlərlə düzgün ifadə edim, bilmirəm… Sifarişimlə bağlı tanış bir dükana girdim. Xeyli söhbət etdikdən sonra gördüm, balaca, 2 yaşında körpə qız yanında qısılıb sakit oturub. 2 yaşlı uşağın sakit oturmağı… Bu, içindəki acının dəhşətidir. Qız dedi: “21 gün öncə bir qadın gəldi ki, bu uşağı saxla, gəlirəm, çantam çöldə qalıb. O gedən gedib. Bu cümlələri eşidəndə ayağımın altından yer qaçdı. Məni tanıyanlar bilirlər ki, mən körpələrə və yaşlılara qarşı çox həssasam. Hönkürtü ilə körpəyə sarıldım. İnanmazsınız, körpə saçımı iyləyib boynuma elə sarıldı ki… Bu həyatda övladdan qiymətli nə ola bilər? Bu şeytan qəlbli… nə bilim, söz tapa bilmirəm… Belə şərəfsiz, əxlaqsız, cin ruhlu insanlara niyə allah övlad verir?..

Uşaqla xeyli vaxt keçirtdik, gəzdik, oynadıq. Ayrılanda da dalımca ağladı. Ona 21 gün baxan tanışıma bir az öyrəşib. Birtəhər başını qatıb gizlənə-gizlənə çıxdım.

Bəlkə, bu uşağın qohumları, qonşuları gördülər. Məlumatı olan yazsın…”

Bizimxeber.az

Bakıda ana körpəsini mağazaya atıb qaçdı - FOTO

 

Bakıda ana körpəsini mağazaya atıb qaçdı - FOTO

 

Bakıda ana körpəsini mağazaya atıb qaçdı - FOTO



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə