Bakıda 4 villanın qandonduran qiyməti: rəqəmlər sizi şoka salacaq – FOTOLAR
Bakıda 4 villanın qandonduran qiyməti: rəqəmlər sizi şoka salacaq – FOTOLAR
01 Noyabr 2016 / 12:26 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son iki ayda Bakıda dəyəri bir neçə milyon manata çatan villalar satışa çıxarılıb. Bu, Qaynarinfo.Az-ın əmlak alqı-satqısı üzrə ixtisaslaşan saytlarda apardığı araşdırma nəticəsində məlum olub. Bunlardan biri Şüvəlan qəsəbəsində sahəsi 2030 kv/m-ə çatan, 10 otaqdan ibarət imarətdir və onun satış qiyməti 5 milyon manatdır. Mülk 28 sotun içində yerləşir. Masazır qəsəbəsində isə 17 sotun içində, 4 mərtəbəli və yaşayış sahəsi 350 kv/m olan dəbdəbəli villaya isə 6 milyon manat qiymət qoyulub.

Paytaxtın Nərimanov rayonu ərazisində “milyonçular məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən imarətin satış qiyməti də 6 milyon manatdır. 3 mərtəbədən, 7 otaqdan, 4 sanitar qovşağından ibarət olan mülkün 1000 kv/m yaşayış sahəsi var.

“Vorovski” kimi bilinən Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən mülkün qiyməti isə yuxarıda sadaladıqlarımızdan bir qədər geri qalır. 30 sotun içində yerləşən iki ayrı villanın ümumi satış qiyməti 4 milyon 700 min manatdır. Hazırda Azərbaycanda maliyyə böhranının yaşandığını (heftin kəskin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin kəskin azalması, manatın iki dəfə devalvasiyası, dolların bahalaşmağa davam etməsi və s.) nəzərə alsaq, bu cür fantastik qiymətə satışa çıxarılan imarətlərə asan alıcı tapılması real görünmür. Bunu dəyəri bir neçə milyon manatla ölçülən villaların bəzilərinin satışı barədə elanların aylardan bəridir davam etməsi də təsdiqləyir.

Bundan başqa, əmlak alqı-satqısı ilə məşğul olan ofislərdən birinin əməkdaşının Qaynarinfo.Az-a bildirdiyinə görə, son iki ildə dəyəri 2-3 milyon mantdan başlayan dəbdəbəli imarətlərin satışa çıxarılması xeyli intensivləşib. Həmsöhbətimiz əksər villaların hətta öz real qiymətindən xeyli aşağı satışa çıxarıldığını deyib və bunu ölkənin real iqtisdadi durumu, maliyyə vəziyyəti ilə əlaqələndirib.

Maraqlıdır ki, fantastik dəyər biçilən imarətlərin satışa çıxarılması prosesi Azərbaycanda bir sıra yüksək çinli məmurların, bank sistemində çalışan yuxarı vəzifəli şəxslərin “vurulması”, paralel şəkildə onların himayəsindəki bəzi iş adamlarının da ciddi başağrısı yaşamağa başlaması ilə müşayiət olunan hadisələr fonunda cərəyan edir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə