Bakıda ərzaqlar kəskin bahalaşdı – QİYMƏTLƏR
Bakıda ərzaqlar kəskin bahalaşdı – QİYMƏTLƏR
24 Noyabr 2016 / 15:48 / Baxış sayı: 1444
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır. Paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur.

Müşahidələrimiz zamanı gördük ki, əksər marketlərdə yağların və kolbasa məhsullarının qiymətində artım var. Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 AZN arasında bahalaşıb. Bahalaşan məhsullar arasında mal əti də var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır.
Dolların uzun müddətdir manat qarşısında bahalaşması dolayı yolla ərzaq məhsullarının qiymətinə də təsir göstərir. ABŞ milli valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozlarını nəzərə alaraq güman etmək olar ki, növbəti aylarda da ərzaq məhsullarının qiymətində bahalaşma davam edəcək. (Baku.ws)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə