Bakıda ər 37 yaşlı arvadını döyə-döyə öldürdü – QULAĞINDAN QAN GƏLİB
Bakıda ər 37 yaşlı arvadını döyə-döyə öldürdü – QULAĞINDAN QAN GƏLİB
24 Oktyabr 2016 / 11:45 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda dəhşətli qətl törədilib. Gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İlkin olaraq qadına açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub.Onun qulaqlarından qan gəlib və həkimlərin səyinə baxmayaraq döş qəfəsinə və beyninə qan sızan qadın vəfat edib.

İlkin araşdırmadan sonra 37 yaşlı qadının həyat yoldaşı, 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə tərəfindən küt alətlə vəhşicəsinə döyülməsi müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Bizimxeber.az



Bakıda ər 37 yaşlı arvadını döyə-döyə öldürdü – QULAĞINDAN QAN GƏLİB yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə