Bakı-Sumqayıt yolundan Binəqədi qəsəbəsinə yeni yol çəkiləcək 8,5 MİLYON MANAT AYRILDI
Bakı-Sumqayıt yolundan Binəqədi qəsəbəsinə yeni yol çəkiləcək 8,5 MİLYON MANAT AYRILDI
23 İyul 2016 / 23:44 / Baxış sayı: 1038
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, 87 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə