Bakı-Sumqayıt-Binəqədi yolu çəkilir
Bakı-Sumqayıt-Binəqədi yolu çəkilir
22 Sentyabr 2016 / 15:54 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı-Sumqayıt magistralı – Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisinə başlanılıb.

Bu barədə  “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sözügedən avtomobil yolu uzun müddət idi ki, təmir olunmadığından hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Xüsusən də, payız-qış aylarında bu yolla gediş-gəliş xeyli çətinləşirdi. Üstəlik, piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi.

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq, yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu 10 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol yatağının yararsız qruntu 1,8–2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.Ümumilikdə yolun 3 qat olmaqla 80 min m2 sahəsi asfaltlanacaq. Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi, həmçinin 12 yeni avtobus dayanacağının quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq.

 

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə