Bakı sakinlərinin “məhərrəmlik qadağası”na münasibəti -VİDEOSORĞU
Bakı sakinlərinin “məhərrəmlik qadağası”na münasibəti -VİDEOSORĞU
03 Oktyabr 2016 / 16:26 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin verdiyi fətvaya əsasən oktybrın 3-də məhərrəmlik ayının başlanması elan edilib. Fətvaya əsasən Aşura oktyabrın 12-nə təsadüf edəcək. Bəs Bakı sakinləri necə Məhərrəmlik ayı haqqında nə bilir?

Aşura ayinlərinə münasibəti necədir? Eləcə də bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Komitənin rəhbəri Mübariz Qurbanlının Məhərrəmliklə bağlı səsləndirdiyi fikirlərə əhalinin münasibətini öyrənmək istədik.

Qeyd edək ki, Mübariz Qurbanlı dini ayinlər zamanı evdə toplaşmaq və küçələrə çıxmağın qanun vericiliklə qadağan olunduğunu açıqlayıb. “Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir” – deyə Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə