Bakı şəhər Baytarlıq İdarəsinə yeni təyinat – Rəis dəyişdirildi
Bakı şəhər Baytarlıq İdarəsinə yeni təyinat – Rəis dəyişdirildi
10 Avqust 2016 / 19:26 / Baxış sayı: 2110
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kənd Təsərrüfatı naziri Heydər Əsədovdan daha bir təyinat. Bizimxeber.az-a daxil olan məlumata görə, nazir Bakı şəhər Baytarlıq İdarəsinə yeni təyinat edib. Nazirin əmri ilə uzun müddətdir idarə rəisinin müavini vəzifəsində çalışan, baytarlıq sahəsini dərindən bilən Adil Usubov Baytarlıq İdarəsinə rəis təyin olunub. 

6 ay əvvəl bu posta təyin olunan Orucəli Qasımov isə tutufduğu vəzifədən azad edilib. Nazir Heydər Əsədov O.Qasımovu İmişlinin baş həkimi postundan bu vəzifəyə gətimişdi. Onun hansı vəzifəyə təyin olumnası ilə bağlı hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, bu posta təyinat üçün bir neçə nəfər ciddi mübarizə aparırmış. Onlardan biri də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətin rəisi Azər Süleymanov imiş. O öz yaxın adamını bu posta təyin etdirmək istəyirmiş. Amma bu dəfə Heydər Əsədov doğru seçim edərək bu sahədə ciddi ixtisaslaşmış şəxsi Adil Usubova etimad göstərib. Bu təyinat ilk dəfə olaraq baytar həkimlər arasında alqışla qarılanıb və onlar Adil Usubovun təyinatını vaxtında və yerində atılmış addım hesab ediblər.

Məlumat üçün bildirək ki, Adil Usubov uzun illər baytarlıq sahəsində çalışıb, bu sahədə ciddi ugurlara imza atıb və böyük hörmət qazanıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə