Bakı-Nabran avtobusunda partlayış olub -Xəsarət var
Bakı-Nabran avtobusunda partlayış olub -Xəsarət var
01 Avqust 2016 / 11:42 / Baxış sayı: 436
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə