Bakı metrosunda növbəti TƏLAŞ: “Qatarı təcili tərk edin”
Bakı metrosunda növbəti TƏLAŞ: “Qatarı təcili tərk edin”
18 Noyabr 2016 / 12:15 / Baxış sayı: 1320
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, “Həzi Aslanov” metro stansiyasından “Dərnəgül” stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.

Bizimxeber.az -a xalqxeber.az-a istinadən bildirir ki, qatar “Nəriman Nərimanov” stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın “Dərnəgül” stansiyasına getməsinə baxmayaraq “Nəriman Nərimanov” stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar “Nəriman Nərimanov” stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar “Bakmil” stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər “Nəriman Nərimanov” stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə