Bakı metrosunda intihara cəhd edən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB
Bakı metrosunda intihara cəhd edən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB
30 Noyabr 2016 / 10:28 / Baxış sayı: 1334
Font1 Font2 Font3 Font4
Bizimxeber

İntihara cəhd edən şəxs Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: “Saat 09:20 dəqiqədə bir kişi özünü “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci təvəllüdlü Nardaran sakinidir. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətt gərginlikdən ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır”.

—09:58

Bakıda metroda bir nəfər intihara cəhd edib. Bizimxeber.az  xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun “Koroğlu” stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb. Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stansiyada qatarların hərəkəti bərpa edilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə