Bakı metrosunda həyacan – işıqlar söndü
Bakı metrosunda həyacan – işıqlar söndü
08 Noyabr 2016 / 10:26 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə