“Bakı Metropoliteni” tender elan edib
“Bakı Metropoliteni” tender elan edib
08 Avqust 2016 / 21:44 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı Metropoliteni” QSC eskalator və liftlərin alınması üçün tender elan edib.

Trend Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən xəbər verir ki, tender iki lotdan ibarətdir.

Lot 1 – “Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03” stansiyası üçün 17 ədəd, “Sahil” və “Xətai” stansiyası üçün 8 ədəd müxtəlif hündürlüklü eskalatorların alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satın alınmasıdır.

Lot 2 – “Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03″ stansiyası üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satın alınmasından ibarətdir.

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə