Bakı Metropoliteni Tarif Şurasına müraciət edib?
Bakı Metropoliteni Tarif Şurasına müraciət edib?
13 Oktyabr 2016 / 10:49 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4
Bizimxeber

2015-ci ilin yekunlarına görə sərnişindaşımanın maya dəyəri 54 qəpik, 2016-cı ilin 6 ayı ərzində isə nisbətən azalaraq 52,4 qəpik təşkil edib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin qiymətlərinin artması metropolitendə xərcləri artıracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Bu açıqlamadan sonra  metroda gediş haqqının artırılacağına dair geniş müzakirələr açılıb.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyini (İN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlama verib. O bildirib ki, gedişhaqlarını artırıb-azaldan Tarif Şurası (TŞ) kollegial orqandır: “Qərarlar kollegial şəkildə müzakirə edildikdən sonra müvafiq olaraq qəbul olunur.

Tarif Şurası qiymət tənzimlənməsində sosial-iqtisadi aspektləri əsas götürür. O ki qaldı metroda gediş haqlarının dəyişdirilməsinə, bu gün məsələ Tarif Şurasında müzakirə predmeti deyil”.

Qurum rəsmisi deyib ki, “Bakı Metropoliteni” QSC gediş haqlarının artırılması ilə bağlı Şuraya müraciət etməyib.(modern.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə