Metro növbətçisi işləmək istəyənlərin nəzərinə
Metro növbətçisi işləmək istəyənlərin nəzərinə
27 İyul 2016 / 15:33 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Bizimxeber.az saytına verilən məlumata görə, qurum ödənişsiz kurs elan edir.  Kurslar qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə təşkil edilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir. Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.
Kursda iştirak tələbləri:

Xanımlar üçün;
• Yaş: 18-30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Oğlanlar üçün;
• Yaş: 22-30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 05.08.2016-cı il.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə