Bakı küçələri yenə qaranlığa bürünür
Bakı küçələri yenə qaranlığa bürünür
27 Sentyabr 2016 / 14:53 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı küçələri yenə qaranlığa bürünüb. Virtualaz.org xəbər verir ki, paytaxtın əksər mərkəzi küçələrində işıqlar gecə saatlarında, yəni işıqlanmaya ən çox ehtiyac olan vaxtlarda qənaət rejimi ilə əlaqədar söndürülür.

Bu fotoşəkillər ötən gün gecə saatlarında Rəşid Behbudov, Murtuza Muxtarov, Bakıxanov və Füzuli küçələrində çəkilib. Onsuz da gecə görüntü məhdudlaşır, hələ üstəlik yolların işıqlandırılmaması qəza və yol-nəqliyyat hadisələrini qaçılmaz edir.

Məlumat üçün bildirək ki, “Avtomobil yolları haqqında” Qanuna görə, bütün yol və küçələr, hətta ucqar kənd yolları belə işıqlandırılmalıdır. Qarşılıqlı hərəkət zamanı avtomobillərin faralarının işıqları mürəkkəb fon yaradır. Bu zaman həm sürücü, həm də piyadalar üçün təhlükəli qəza şəraiti yaranır.

Digər tərəfdən, yolların işıqlandırılmaması yollardakı kameraların işləməməsi ilə nəticələnir ki, bu vəziyyəti bir qədər də təhlükəli edir. Bəs sual olunur, yolun işıqlandırılmaması səbəbindən baş verən qəzalarda sürücü məsuliyyət daşımalıdırmı? Bu qənaət bizə nə verəcək?

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə