Bakı İstintaq Təcridxanasında qiyam: qoşun yeridildi
Bakı İstintaq Təcridxanasında qiyam: qoşun yeridildi
21 Oktyabr 2016 / 10:19 / Baxış sayı: 1578
Font1 Font2 Font3 Font4
Bizimxeber

Virtualaz.org-un vəziyyətlə tanış olan etibarlı mənbədən aldığı məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib. Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir. 

Mənbə virtualaz.org-a bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib. “Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – mənbə deyib. Qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə