Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın – Serj Sarkisyandan təklif
Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın – Serj Sarkisyandan təklif
16 Noyabr 2016 / 18:05 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib. O, RİA “Novosti” agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar. 

S.Sarkisyanın sözlərinə görə, 1990-cı ildə belə bir  təşəbbüsə əl atılıb: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə