Bakı funikulyoru niyə işləmir?
Bakı funikulyoru niyə işləmir?
23 Noyabr 2016 / 16:26 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

Artıq bir neçə aydır fəaliyyətini dayandıran Bakı funikulyoru hələ də xidmət göstərmir.

Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov “Report”a bildirib ki, qurğunun çalışmaması texniki məsələdir və xarab olan hissənin gətirilməsini gözləyirlər: “Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa olunacaq”.
Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ildən fəaliyyət göstərir. 2 stansiyası var. Stansiyalar arası məsafə 455 metrdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru sonuncu dəfə 2012-ci il 23 may tarixində əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib.
Bizimxeber.az
 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə