Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR – FOTOLENT
Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR – FOTOLENT
24 Oktyabr 2016 / 18:19 / Baxış sayı: 1348
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.

“Azəravtoyol” ASC-dən bildirilib ki, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranıb: “Bu barədə məlumat daxil olan kimi “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər.

Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb”.

****
16:00

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil. Lent.az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır. A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib:

“Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə