Bahalı maşınlar yenə paytaxtda at oynadır – 10 OX 006 qayda pozdu…
Bahalı maşınlar yenə paytaxtda at oynadır – 10 OX 006 qayda pozdu…
13 Oktyabr 2016 / 14:01 / Baxış sayı: 996
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakıda yarım milyonluq avtomobillə kobud qayda pozuntusu kameraya düşdü 
Bakıda bahalı avtomobil sürücüsünün kobud qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Hadisə oktyabrın 1-də baş verib.
Videoda qiyməti təxminən 500 min dollar olan «Aston Martin» markalı, 10 OX 006 dövlət nömrə nişanlı avtomobilin qarşı yola çıxıb təhlükəli vəziyyət yaratması əksini tapıb. Diqqət etdikdə görünür ki, avtomobil təxminən 200 metr məsafədə qarşı yola çıxaraq sürətlə hərəkət edir. Bununla o, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur, qəza şəraiti yaradır.

Qeyd edək ki, bu əməlinə görə həmin sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat-4 bal cərimə gözləyir. Əgər burada avtomobilin sürət həddini aşdığını qeydə alan radar varsa, o zaman məsələyə bir qədər fərqli yanaşmaq olar. Dövlət Yol Polisinin bu sürücü ilə bağlı müvafiq addım atacağına ümid edirik.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə