Bağlanmış bankların əmanətçilərinin yarıdan çoxunun hesabında cəmi 1 manat var
Bağlanmış bankların əmanətçilərinin yarıdan çoxunun hesabında cəmi 1 manat var
22 Avqust 2016 / 13:05 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil.

Bizimxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bağlanmış 4 bankda qorunan əmanətçilərinin sayı 31 959 nəfərdir. Bunlardan 17 786 nəfərin əmanəti 1 manata, 11 534 nəfərin əmanəti isə 1 manatdan 1 000 manata qədərdir. 1 000 manatdan artıq pulu olan əmanətçilərin sayı isə 2 639 nəfərdir və avqustun 19-na onlardan 1 915 nəfərinə (72,6%) 56,455 mln. manat kompensasiya ödənilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə