Bağışladığı helikopter başına bəla oldu
Bağışladığı helikopter başına bəla oldu
20 Noyabr 2016 / 20:57 / Baxış sayı: 796
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsraildə baş nazirə hədiyyə verdilər: həm qalmaqal başladı, həm komediya…

İsrailin kənd təsərrüfatı naziri Uri Arielin bu ölkəyə ötən ay etdiyi rəsmi səfər zamanı Rusiyanın baş naziri Dmitriy Medvedevə bağışladığı hədiyyə beynəlxalq qalmaqal yaradıb.

Virtualaz.org xəbər verir ki, nazir vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. ABŞ helikopterin bağışlanmasına etiraz etdiyi halda, israillilər baş verənlərə gülürlər.

Əhvalat belə başlayıb ki, nazir Dmitri Medvedyvə “Snayper” adlanan yeni, pilotsuz idarə edilən helikopter bağışlayıb. Bu helikopterlərin Rusiyaya gətirilməsi qadağandır. Onun qiyməti 50 min avrodur. Həmin vertolyot İsrailin Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin balansında idi. “Currenttime TV” yazır ki, İsrail naziri Uri Arielin həddən artıq qonaqpərvər olması başına bəla açıb. Rusiyanın baş nazirinə pilotsuz helikopter bağışlamasından sonra onu dövlət əmlakını israf etməkdə günahlandırıblar. Üstəlik də onun Rusiyaya qarşı bu jesti İsrailin başlıca strateji tərəfdaşı ABŞ-la münasibətlərinə də təsir göstərə bilər.

Pilotsuz idarə olunan helikopter İspaniya istehsalıdır. Ondan mülki və hərbi məqsədlərlə istifadə etmək mümkündür. Dinc vaxtlarda o, bir çox sahələrdə, eləcə də kənd təsərrüfatında yararlıdır. Ancaq müharibə şəraitində helikopter kəşfiyyat məsələsində və hədəfə dəqiq atəş açmaq baxımından əvəzsizdir.

İş ondadır ki, bu cür avadanlıq alınarkən onun sonuncu istehlakçısı dəqiq göstərilməlidir. Bu halda sonuncu istifadəçisi Rusiyadır. Amma Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları var, eyni zamanda, NATO texnikasının bu ölkəyə verilməsi qəti qadağandır.

Birləşmiş Ştatların Tel-Əvivdəki səfirliyi Medvedyevə verilmiş hədiyyə ilə bağlı artıq kəskin narazılığını bildirən bəyanatla çıxış edib. Səfirlik eyni zamanda, İsrailin üç nazirliyindən – Müdafiə, Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərindən, eləcə də hökumət başçısının milli təhlükəsizlik məsələləri üzrə müşavirindən açıqlama tələb edib.

Əlbəttə, Uri Ariel davranışına bəraət axtarmağa, addımını əsaslandırmağa cəhd edir. Onun sözlərinə görə, guya helikopterdən bütün gizli avadanlıqlar çıxarılıb, helikopterin qiyməti isə deyildiyindən bir qədər ucuzdur, yəni 50 min yox, 40 min avrodur.

Lakin helikopterin məxsus olduğu  elmi-tədqiqat Mərkəzinin əməkdaşları daha yaxşı sığortalanıblar. Onlar Rusiya baş nazirinə bu cür avadanlığın bağışlanmasının qəti əleyhinə çıxıblar. Ən maraqlısı da bundan sonra gəlir. Bəlkə təsadüfən, bəlkə də bilərəkdən Mərkəz əməkdaşları helikopterin pultunu ruslara verməyi yaddan çıxarıblar. Onsuz aparat əhəmiyyətsiz oyuncağa çevrilir. Ruslar bunun fərqinə Moskvaya gələndən sonra vara biliblər. Rusiya İsrailə helikopterin pultunu verməsi üçün müraciət edib. Və bu xəbərin yayılmasından sonra internetdə gülüş fırtınası qopub. Bir sözlə, Rusiya baş nazirinin İsrailə adi səfəri ciddi beynəlxalq qalmaqala çevrilib, onu yoluna qoymaqsa uzun vaxt alacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə