Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Bağdadinin uşağı da əlimizdədir” – Ərdoğan+ Video

1410 oxunma | Tarix: | 1 həftə öncə

Ötən gün İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımı, bacısı, yeznəsi və digər ailə üzvlərinin saxlanıldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri öncəsində yeni məlumatları bölüşüb.

Bizimxeber.az “haberler.com”a istinadən verdiyi xəbərə görə, Ərdoğan Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bağdadinin xanımı 1-1,5 ildir ki, Türkiyənin əlində olub.

XƏBƏRLƏR:  Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər - Biri öldü, digəri...+ Fotolar+ Video

“Bağdadinin yaxın ətrafı daha çox ölkəmizi hədəf almışdı. Sonuncu dəfə Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında bacısının əri və uşağı tutulmuşdu. Həyat yoldaşı da 1-1,5 il idi ki, əlimizdə idi. Onun yanında uşağı da olub. Bu, DNT analizi ilə öz təsdiqini tapıb”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.

XƏBƏRLƏR:  Oqtay Gülalıyev hələ də komadadır - Son durum


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir