Bağdadi “şəhid kəməri” ilə yatır
Bağdadi  “şəhid kəməri” ilə yatır
18 Noyabr 2016 / 22:23 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4
Bizimxeber

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi İraq ordusunun və digər hərbi birləşmələrin Mosula hücumundan sonra təlaş içərisindədir, heç kimlə danışmır, hətta sağ tutulmaması üçün “şəhid kəməri” ilə yatır.

Bu barədə Əl-Ərəbiyə telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, bir neçə həftə əvvəl Mosul sakinlərindən biri İraq kəşfiyyatına əl-Bağdadiyə dair məlumatlar göndərib.

Mənbə bildirib ki, İŞİD lideri son vaxtlar şəhərin altında yerləşən tunellərdən istifadə edərək yerin altında yaşayır.

“O “şəhid kəməri” bağlayır və hətta bu kəmərlə birgə yatır ki, ələ keçsə sağ təslim olmasın”, – mənbə deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə