Bağdadi Mosuldan qaçdı
Bağdadi Mosuldan qaçdı
24 Oktyabr 2016 / 17:10 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Bizimxeber

İŞİD lideri Əbubəkir Bağdadi Mosuldan qaçıb.

Lent.az xəbər verir ki, İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan “Rudaw” agentliyi İŞİD rəhbərinin son olaraq bu ayın 19-da Mosulda göründüyünü yazıb. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan xəbərdə qeyd edilir ki, İraq ordusu və kürd qüvvələrin Mosulun terrorçulardan azad edilməsi ilə bağlı başlatdığı əməliyyatdan sonra şəhərdə hərəkətlilik artıb və İŞİD-ə rəhbərlik edən əsas komandirlər buranı tərk edib. Bağdadi də bəzi komandirlərlə birgə Suriyanın Rəqqa şəhərinə çəkilib.

Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir və birləşmiş qüvvələr Mosulun 5 kilometrliyindədir. Şəhərdə hazırda 4-8 min İŞİD terrorçusunun olduğu ehtimal edilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə