“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” – FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” – FOTOLAR
08 Avqust 2016 / 22:03 / Baxış sayı: 370
Font1 Font2 Font3 Font4
Bizimxeber
Valideyinin bu iddası 1.6 ildir polisdə araşdırılır, bağça müdriyyəti isə ittihamları qəbul etmir
“Bizim Yol”a müraciət edən şəhid ailəsinin üzvü Cəfərova Nigar İlham qızı “Qərənfil” uşaq bağçasından və Nəsimi rayon Polis İdarəsindən şikayətçi olduğunu bildirir. O, iddia edir ki, adıçəkilən bağçanın tərbiyəçisi Sevinc Tacirli onun övladını döyüb, polis isə işi obyektiv araşdırmır.
“Nəsimi rayonunda fəaliyyət göstərən “Qərənfil” uşaq bağçasının tərbiyəçisi 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızını 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütamadi olaraq güclü fiziki ağrı və ya psixi iztirablar verib. Qızıma qeydiyyatda olduğu 12 nömrəli uşaq poliklinikasının cərrahı “Qapalı kəllə beyin travması, baş beyinin sirkələnməsi” diaqnozunu qoyub. Bu isə, o deməkdir ki, qızım Dilbərə vurulmalı olan  peyvəndləri vurmaq qadağandı və digər uşaqlardan fərqli olaraq müxtəlif xəstəliklərə ducar olma riski artıqdır”-deyə N.Cəfərova bildirir.
Onun sözlərinə görə, qızı Uşaq Nevroloji Xəstəxanasında stasionar müalıcə olunub və həkim nevropotoloq tərəfindən ona 26.04.2016-cı il tarixdə “R25.2 Ensefelopatiya. Hipertenzion sindrom. Qıcolma tutmaları ilə” klinik diaqnozu qoyulub: “Bütün bunları sübut edən müayinələrin nəticələri və epikrizlər mövcuddur”.
Şikayətçi 13.03.2015-ci il tarixdə S.Tahirlinin məsuliyyətə cəlb olunması barədə Nəsimi RPİ-nin 19-cu PB-nə ərizə ilə müraciət edib: “Mən şikayətimə əsas olan hallarla bağlı bağçanın otaqlarında olan video müşahidə kameralarının aktivləşdirilməsi ilə bağlı tələbimə baxılmadı. Ümumiyyətlə, o vaxtdan bu günədək Nəsimi RPİ təhqiqatçıları və müstəntiqləri və prosessual rəhbərlik edən prokuror tərəfindən ibtidai araşdırma obyektiv aparılmayıb. Belə ki, toplanmış araşdırma materialları üzrə Nəsimi RPİ-nin 19-cu polis bölməsinin təhqiqtçısı Nazim Qədirovun 02.04.2015-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Nəsimi Rayon Prokurorunun 13.07.2015-ci il tarixli qərarı ilə ləğv edilib və materiallar bu dəfə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib”.
Bu dəfə isə müstəntiq Nicat Hadiyevin 28.03.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Nəsimi rayon prokurorunun 08.04.2016-cı il tarixli qərarı ilə ləğv edilib və şöbəyə qaytarılıb.
Müstəntiq Elmar Quliyevin 06.05.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı isə Nəsimi Rayon Prokurorunun 02.06.2016-cı il tarixli qərarı ilə ləğv edilib və geri göndərilib.
Müstəntiq Fərid Əhmədov isə 17.06.2016-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi və Sevinc Tacirlinin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PB-nə göndərilməsi qərara alınıb.
Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev sədrliyi ilə çıxarılmış 25 iyun 2016-cı il tarixli qərarı ilə Nəsimi RPİ-nin 19-cu PB-nin sahə inspektoru Teymur Hacıyevin 23.06.2016-cı il tarixli protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin zərərçəkmiş şəxsin adı, soyadı, ata adı, ünvanı qeyd edilmədiyindən geri qaytarılıb.
Nəsimi Rayon Prokuroru vəzifəsini icra edən Rauf Qasımovun 18.07.2016-cı il tarixli qərarı ilə inzibati xəta haqqında işin başlanmasına səbəb olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Əhmədovun 17.06.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edilib, materiallar əlavə yoxlanması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilib. Hazırda həmin materiallar Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Şirinovun icraatındadır.
“Göründüyü kimi Nəsimi RPİ və prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokurorluğu bütün dəlillər və sübütlar olduğu halda işin araşdırılmasını artıq 1 il 6 aya yaxın müddətdir ki, ləngidihllər. Onların bu hərəkərtləri cinayətə görə qanunvericilikdə nəzərdə tutulan müddətin keçməsinə yönəlib”,-deyə N.Cəfərova bildirib.
“Bizim Yol” şikayətçinin iddiası ilə bağlı müstəntiq F.Şirinovla əlaqə saxlayıb. Müstəntiq bu barədə danışmaq istəmədiyini deyib.
Əməkdaşımızla söhbətində “Qərənfil” uşaq bağçasının metodisti valideynin iddiasını qəbul etmədiklərini bildirib: “Onun iddiasını polis araşdırır. Bizim mövqeyimiz budur ki, onun dedikləri ilə razı deyilik və ona görə də S.Tacirli hazırda bağçamızda işləyir”.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə