“Cumhuriyet” əməliyyatı: qəzetin rəhbərliyi və Can Dündar haqqında HƏBS QƏRARI – YENİLƏNİB
“Cumhuriyet” əməliyyatı: qəzetin rəhbərliyi və Can Dündar haqqında HƏBS QƏRARI – YENİLƏNİB
31 Oktyabr 2016 / 9:53 / Baxış sayı: 808
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin “Cümhuriyet” qəzetinin rəhbər şəxslərinin evi polis basqınına məruz qalıb.Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib. Murad Sabuncu və Güray Öz saxlanılıb. Akın Atalay isə xaricdə olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir. Lent.az-ın “sozcu.com.tr”ə istinadən xəbərinə görə, gözaltı siyahısında “Cümhuriyet” qəzetinin yazar və rəhbər şəxslərinin də olduğu 15 nəfərin adı var.

Hökumətə yaxın “Sabah” qəzeti əməliyyatın avqust ayından başlanan və qəzetin terror təşkilatları olan FETO və PKK-ya dəstək verdiyi iddiasına əsaslanan araşdırma əsasında keçirildiyini qeyd edib. Qəzetin sabiq rəhbəri Can Dündar isə xaricdə olduğu üçün barəsində həbs qərarı çıxarılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə