Badamdarda söküntü başladı – Fotolar
Badamdarda söküntü başladı – Fotolar
31 Oktyabr 2016 / 9:55 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

Badamdar qəsəbəsində yenidən söküntü işləri başlanıb.

Səbail RİH-dən Bizimxeber.az saytına  daxil olan məlumata görə,  bir qədər əvvəl icra hakimiyyətində  yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəiyyətə gətirilməsi prossesinə başlanıb.

Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunmuş, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

Bizimxeber.az

Saxta sənədlərdən biri

 

Badamdarda söküntü başladı  -  Fotolar
Badamdarda söküntü başladı  -  Fotolar
Badamdarda söküntü başladı  -  Fotolar
Badamdarda söküntü başladı  -  Fotolar
Badamdarda söküntü başladı  -  Fotolar

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə