Bacılar ay bacılar… Telekanallar bizi hara aparır?
Bacılar ay bacılar… Telekanallar bizi hara aparır?
12 Noyabr 2016 / 16:10 / Baxış sayı: 3848
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan efir məkanına hökm sürən nəzarətsizlik günü-gündən daha biabırçı hal almaqdadır. Publika qarşısında dayanmağın, danışmağın, özünü aparmağın nə olduğunu ümumiyyətlə bilməyən, heç bir dil, nitq təhsili olmayan insanlar efir məkanında nəyi var at oynadır.

Əslində Azərbaycan efir məkanının belə olacağı ilə bağlı illər öncə yazmışdım. Hələ o zaman deyirdim ki, Azərbaycan telekanalları daha biabırçı vəziyyətə düşəcək, vaxt gələcək ki, azərbaycanlı ailəsi oturub hansısa kanalda verilən verlişə baxmağa risq etməyəcək. Qorxacaq ki, birdən nəysə pis bir şey göstərərlər… Bax əsl zamandır və bu gedişlə bundan da pis olacaq.

xezer tv

Nə qədər acı da olsa deyim ki, bu gün Azərbaycan telekanalları ən biabırçı və nəzarətdən çıxmış bir dövrünü yaşayır. Elə isə ortaya maraqlı suallar çıxır – Nə baş verdi?  Niyə bu günə düşdük? Kim saldı bizi bu vəziyyətə? Bizi bu hala salanlar nə istəyir?

Televiziya evimizə çağırılmayan qonaqdır. Təsəvvür edin ki, ailənlə bir masa arxasında oturub çörək yediyin yerdə qapın döyülür içəri bir narkoman girib söyüş söyməyə, səni təhqir etməyə başlayır. Bu gün telekanallarımız bax bizi belə təhqir edir.

Müğənnilərin telekanallarda verliş aparmağa başladığı ilk illərdə rəhmətlik Famil Mehdi demişdi ki, “zaman gələcək telekanallarımız bizi evimizdə təhqir edəcək biz də baxıb susacağıq”. Bəli, əsl o zamandır. Bizi təhqir edirlər, biz də susuruq, izləməyə məcbur oluruq.

Günü-gündən tərbiyəsiz və Azərbaycan ailəsinin mentalitetinə yaraşmayan reklam çarxlarının efirdən görünməsi və daha tez-tez reklam olunması, qadınlara aid nələrinsə reklam çarxları şəklində biabırçılıq yaratması mentalitet məsələsini artıq üstələyib.

cingizNəticə olaraq da qəribə bir fikir yaranıb  – “Xoşun gəlmir baxma…”…  Bu daha böyük faciədir. Cəmiyyətin düşünən, ağıllı adamları bunu deyirsə, deməli daha böyük fəlakətlər qabağdadır. Niyə baxmamalıyıq? Azərbaycanda yaşayan, milli, mədəni mentaliteti qorumaq üçün çalışan adamlar, ailələrin uşaqları niyə Azərbaycan kanallarına baxmasın? Televiziya insanların maraqlarına xidmət etməldir… Həə, bu əsl jurnalistika qaydalarıdır, bizim telekannalara belə şeylər aid deyil. TV rəhbərlərini və onları nəzarətdə saxlayan adamları belə şeylər düşündürməz.

Belə bir vəziyyət kimə sərf edir? Bu hansı siyasətin bir hissəsidir? Ölkə prezidenti İlham Əliyev və xanım Mehriban Əliyeva Azərbaycandakı tarixi, mədəni abidələrin qorunması, azərbaycanlıların bir millət olaraq dünyada tanınması üçün əllərindən gələni əsirgəmədiyi bir zamanda telekanallarımız və onlara ağalıq edən şəxslər nədən bu kimi hallara göz yümur? Niyə istəmirlər ki, nəzarətlərində olan TV-lərdə peşəkarlar işləsin, daha böyük, hörmətli olsunlar…

Milli Televiziya və Radio Şurasında kifayət qədər işini bilən, peşəkar jurnalistika ilə məşğul olmuş insanlar var. Onlar niyə belə halların qarşısını almırlar və ya almaq istəmirlər.

atvMəsələn adi bir misal çəkim… İki gün əvvəl Xəzər Televiziyasının efirində daha bir biabırçı hal baş verib. Bir müddət əvvəl çanlı efirdən milli atributumuz –  pulumuzuz çıran Sevil və Sevinc baçıları efirdən müğənni Çingizi təhqiramiz ifadələr işlədərək təqfim ediblər.

Əslində onların bu hərkəti biabırçılıq zad deyil, nə də onları qətiyyən günahlandırmaq doğru deyil. Onlar zatən bilmirlər efir nədir, televiziya nədir. Onlar efir qaydaları, efir mədəniyyəti, nitq səlisliyi və sairə barədə ümumiyyətlə eşitməyiblər.

Bacılar əvvəl ortaya atılıb-düşüb müğənnilik elədilər. Gördülər alınmır oldular “aparıcı…” və başladılar özlərini reklam etməyə. Daha sonra efirdən nə gəldi danışdılar, pulumuzu da çırdılar, canlı efirdə yerə üzanıb poz da verdilər və sonda (bu hələ son deyil.) söydülər də…

Vəssalam, burda qeydi adi heç nə yoxdur. Şərait yaradılıb və imkandan yararlanırlar. Yaxşı bəs cəza mexanizmi? Pul çıranda oldumu? Olsaydı yenidən bu söyüşləri eşidərdikmi? Niyə olmadı? Hansı üstünlüklərinə görə “efir terroru” həyata keçirən əkizlərə, təklərə, cütlərə, qaqaşlara, efir çılpaqlarına, divanın küncündə otumağa üstünlük verənlərə, nitq qüsurlu olanlara qarşı cəza yoxdur? Kimdir bu əkizləri qoruyan?  Xəzər televiziyasının rəhbərliyi niyə susur? Kim təmiant verir ki, sabah başqa daha ciddi hadisə baş verməyəcək?

Amma səbəblər də bəllidir… Ciddi ələnmə olmalıdır. “Xəzər”, “ATV”, “Space”  və başqa TV-lərdə barmaqla sayıla biləcək qədər peşəkar var. Yaxşı bəs peşəkarlar, ixtisaslı jurnalistlər hardadır? Onlar niyə telekanallarda görünmür? Bunun da cavabı bəllidir. Bütün peşəkarlar, ixtisaslı jurnalistlər ya bazarda kartof satır, ya da taksi sürücüsüdür. Onları heç Xəzər Tv-nin qapısına buraxmırlar, nəinki efirə… Bax beləcə, Azərbaycanın efir məkanı insanların, ailələrin, gənclərin təhlükəli qonağı olur. Əkizlərdən, müğənnilərdən, qaqaşlardan bir sözlə “TV peşəkarları”mızdan yeni-yeni təhqirlər eşitmək arzusu ilə SALAMAT QALIN.

Ədil Hüseynli
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə