Bəzi qazanxanalra qaz verilməyəcək – Söhbət 8,4 mln. manat borcdan gedir
Bəzi qazanxanalra qaz verilməyəcək – Söhbət 8,4 mln. manat borcdan gedir
11 Oktyabr 2016 / 12:45 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4
Bizimxeber

Cari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.

Bunu “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Qurum rəsmisi bildirib ki, “Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.

Debitor borcun artmasının qış mövsümündə qazanxanalara təbii qazın verilişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran İ. Kərbəlayev deyib ki, debitor borcu olmayan qazanxanalara təbii qaz veriləcək: “Bizdə olan məlumata görə, respublika üzrə “Azəristiliktəchizat” ASC-nin 510 aktiv qazanxanası mövcuddur. Payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qazın verilişi həyata keçiriləcək. Biz bu məsələ ilə bağlı dəfələrlə “Azəristiliktəchizat” ASC-yə yazılı müraciət etmişik. Lakin bir ortaq məxrəcə gəlmək mümkün olmur”.

O əlavə edib ki, İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: “Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə