Bəyazın Bakı konserti ləğv oldu
Bəyazın Bakı konserti ləğv oldu
05 Oktyabr 2016 / 14:51 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 7-də Heydər Əliyev Sarayında baş tutacaq “Bəyaz live” şousu təxirə salınıb. 

Artıq Türkiyədə yayımlanan anonslarda Bakı konsertinin adı yığışdırılıb. Heydər Əliyev Sarayının rəsmisi də sosial şəbəkədə bilet alanlara səslənib:

“7 oktyabr tarixli “Beyaz Live” konserti ləğv edilib.

Alınan biletləri Sahil metrosu tərəfdə yerləşən Kontinental market yaxınlığındakı bilet köşkünə qaytara bilərsiniz”.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğlu olub. O, hələ konsertin təxirə düşməsi barədə açıqlama verməyib.

Proqramda türkiyəli ifaçılar Ayla Çelik, Hakan Altuğ, İrem Derici, aktyor Tolqahan Sayışman, Röya qonaq olacaqdı. (musavat.com)

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə