“Bəy Mamed”in binaları SÖKÜLƏCƏK – Binalar çökür…
“Bəy Mamed”in binaları SÖKÜLƏCƏK – Binalar çökür…
23 Sentyabr 2016 / 13:39 / Baxış sayı: 1276
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bayıl qəsəbəsində illlər uzunu çirkli neft sularının yaratdığı bataqlığın üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hündürmərtəbəli binaların taleyi sual altına düşüb. 

Ötən il, ölkəmizdə keçirilən 1-ci Olimpiya Oyunları öncəsi bu binalara milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib. Əslən Şərur rayonundan olan, “Ulubəy” Şirkətlər Qrupunun prezidenti “Bəy Mamed” kimi tanınan iş adamı Məhəmməd İsmayılovun tikdirdiyi bu 5 mərtəbəli binaların özülü demək olar ki, bataqlıqlar üzərindədi. Binaların zaman keçdikcə çokdüyü qeyd edilir.

Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq bu yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdir. Bu kompleksdən mənzil alanlar isə sonradan evlərini ya şirkətə qaytarıblar, ya da başqalarına satıblar. Son aldığımız məlumata görə “Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi bu yaşayış kompleksi tamamilə söküləcək. /Veteninfo.az/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə