Bəşər Əsədlə Ərdoğanın Moskva görüşü…
Bəşər Əsədlə Ərdoğanın Moskva görüşü…
02 Sentyabr 2016 / 14:32 / Baxış sayı: 980
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin bu ay ərzində Moskvada görüşəcəyinə dair xəbər yayılıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Livanda nəşr olunan “Əs Safir” qəzeti manşetdən yazıb. Xəbərə əsasən Ərdoğan-Əsəd görüşünün sentybarın 18-22-i aralığında Moskvada baş tutması gözlənilir. Qəzet yazır ki, avqustun 9-da Ərdoğanla Putinin Sankt-Peterburqdakı görüşü zamanı Suriya nümayəndə heyəti Moskvada olub.

Xatırladaq ki, həmin görüşdən sonra rəsmi Ankara Suriya məsələsində mövqeyini 180 dərəcə dəyişib, Bəşər Əsədin hakimiyyətdən getməsində israr etmədiyini açıqlayıb, onunla işləməyin mümkünlüyünü bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə