“Bəlkə başqa bir övladım da var? “- Aygün
“Bəlkə başqa bir övladım da var? “- Aygün
28 Oktyabr 2016 / 15:45 / Baxış sayı: 1656
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Qayınana olmaq planım, daha doğrusu namizəd yoxdur. Qızım barədə şayiə yayılmışdı ki, guya nişanlanıb”.

Bu sözləri xalq artisti Aygün Kazımova “Həyat tərzi” verilişində deyib.

Müğənni deyib ki, qızına bənzəyən bir xanımın toy fotoları yayılıb:

“Başqa ölkədən olan bir qızın toy fotoları paylaşılmışdı. Qız İlqarəyə çox bənzəyirdi. Özüm baxanda şok oldum, düşündüm. Dedim ki, bəlkə başqa bir övladım da var?”

A.Kazımova canlı yayımda eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurluya müraciət edib:

“Namiq səndən fərqli olaraq mən sənin haqqında rahat danışa bilirəm. Sən hər şeyi sirr saxlayırsan. Eşqimizi belə sirr saxlayırdın. Namiqlə heç vaxt duet olmayacaq. Namiq istəmir, söz-söhbətdən çəkinir. Burdan ona səslənirəm, çəkinmə…Bəlkə də, bizim duetimizi gözləyənlər var”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə