AZTV-dən narazı məhşurlar dilə gəldi…
AZTV-dən narazı məhşurlar dilə gəldi…
18 Noyabr 2016 / 12:47 / Baxış sayı: 2602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rəşidə Behbudova: “Çox üzüldüm, bu günə qədər işdən çıxarılmağım mənə aydın deyil”

Telerejissor Nərgiz Cabbarova: “AzTV-dən uzaqlaşdırılanlar onun cızdığı alver trayektoriyasına girməyənlərdir”

24 tanınmış – Elmira Rəhimova, Nisə Qasımova, Eldar Axundov, Rəşidə Behbudova və sair şəxslər niyə işdən çıxarılıb?

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş əməkdaşı, televiziya rejissoru Nərgiz Cabbarovanın Hurriyyet.org-da AzTV-nin indiki rəhbərliyilə bağlı fikirlərini dərc etmişdik.
Telerejissorun fikirləri əsasən AzTV-nin indiki rəhbəri Arif Alışanovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı olub.
Ötən yazıda AzTV-nin mətbuat xidmətindən Nərgiz Cabbarlının ittihamlarına, bundan öncə AzTV-nin keçmiş televiziya mühəndisi Hikmət Hikmətlinin öz “feysbuk” səhifəsində neçə-neçə əməkdaşın əməkhaqqını ala bilməməsi, ac-yalavac qalması haqda yazdıqlarına, hələ ötən ilin sonlarından AzTV rəhbərliyinin qeyri-şəffaf fəaliyyətinə dair mətbuatda açılan müzakirələrə və yazılanlara niyə heç bir mövqe bildirilmədiyini soruşmuşduq. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım belə cavab vermişdi ki, Qapalı Səhmdar Cəmiyyətdə aparılan bütün işlər qanunidir. QSC-də vaxtamuzd və işəmuzd çalışmalar var: “Kimi maaşla, kimi də hazırladıqları verilişlərə uyğun qonorar alır. İşçilər əmək müqaviləsi əsasında çalışdığına görə, hər bir işçiylə rəhbərlik-işçi münasibəti bu müqaviləyə uyğun tənzimlənir. Bu müqavilənin müddəti qanunamüvafiq və işçinin potensialına görə tənzimlənir. Bəzi şəxslərlə bağlı əmək müqaviləsinə xitam verilir. Çünki onların iş çalışmaları qanedici olmur. Yaxşı, istedadlı, qabiliyyətli işçidən hansı müəssisə rəhbəri imtina edər?! Əksinə, ona iş şəraiti yaradar”.

Maliyyə maxinasiyalarıyla bağlı AzTV rəhbərliyi haqqında yazılanlara gəlincə, Xatirə Qasım bildirmişdi ki, AzTV qapalı qurum olduğuna görə, burada görülən işlər müvafiq dövlət müəssisələrinin daim nəzarətində olur:“Burada mənimsəmədən söhbət gedə bilməz”.

AZTV-DƏN NARAZILAR DİLƏ GƏLDİNərgiz Cabbarova isə verilən cavabla razılaşmayıb, Hurriyyet.org-a bir daha öz mövqeyini bildirib. Onun fikrincə, AzTV mətbuat xidmətinin cavabı riyakarlıq nümunəsidir, yalan və böhtan üzərində qurulub: “Əvvəla, bu cavabda mənim konkret olaraq sənəd kimi göstərdiyim saxta və uydurma maaş cədvəllərinə münasibət yoxdur. İkincisi isə həmin başdansovdu cavabda göstərilir ki, guya hər bir əməkdaşla müqavilə həmin işçinin potensialına görə tənzimlənir və əməkdaşın “iş çalışmaları rəhbəri qane etmədikdə əmək müqaviləsinə xitam verilir”. Bu, tamamilə yalandır, ictimaiyyəti aldatmaq, sədr Arif Alışanovun özbaşınalıqlarını və telekanaldakı maliyyə saxtkarlıqlarını ört-basdır etməyə hesablanmış cavabdır. Əvvəla, AzTV-də hamı ilə 2-3 aylığa standart müqavilə bağlanır və orada çox ümumi şərtlər göstərilir. Həm də bu müqavilə əməkdaşı asılı vəziyyətdə saxlamaq, istənilən vaxt işdən çıxarmaq üçün bir tələdir. İkincisi, “iş çalışması qane etmədikdə” nə deməkdir? Məsələn, mənim hazırladığım konsert proqramları Elşad Quliyev, Arif Fərəczadə, Ramiz Mirişli, Vüqar Əhməd kimi yüksək televiziya və musiqi bilicilərini qane etdiyi halda, Arif Alışanovu qane etmirsə, deməli, onun televiziya yaradıcılığndan xəbərsiz, qeyri-peşəkarlığı haqqında deyilən həqiqətlər təsdiqini tapır. Halbuki mən yaxşı veriliş üçün gözümün qarasını əritmişəm, öz işimi sevmişəm və peşəkarlığıma da əminəm. Əlbəttə Xatirə Qasımova AzTV-dən aldığı paket müqabilində mediada öz rəhbərinə havadarlıq etməsi başadüşüləndir. Orası da doğrudur ki, işçinin fəaliyyəti yox, şəxsiyyəti rəhbərliyi qane etməyənlərlə, rəhbərliklə alış-verişi özlərinə sığışdırmayanlarla müqavilə pozulur”.

Nərgiz Cabbarova deyir ki, QSC-nin musiqi kollektivlərində bir gündə 24 nəfər işdən çıxarılıb: “Bunların sırasında Elmira Rəhimova, Nisə Qasımova, Eldar Axundov, Rəşidə Behbudova və başqa sənətkarlar var. Bu sənət adamların çoxu Nadir Axundova, əslində isə onun vasitəsilə Alışanova pul vermədiyi üçün işdən çıxarılıb, amma təbii ki, bəhanə başqa şey olub. Yəni, ilk növbədə rüşvət alıb-verməyən, Alışanovun puldan doymaq bilməyən gözünə pis görünənlər, şəxsiyyətini qoruyanlar işdən azad edilir. Rəhmətlik Mailə Muradxanlı, Məmməd Aslan, Ramiz Mirişli kimi böyük şəxsiyyətlərlə məhz belə davranılıb. Eləcə də Mehriban Ələkbərzadə, Vüqar Tapdıq, Qulu Məhərrəmli, Səadət Məmmədova, Anaxanım Abdullayeva, İdris Heydərli və başqa istedadlı jurnalist və rejissorlar ona görə AzTV-dən uzaqlaşdırılıblar ki, onlar bir mühasibin cızdığı əxlaq və alver trayektoriyasına girməyiblər, öz şəxsi ləyaqətlərini və dövlətçilik hissini yüksək tutublar. Mən də, Nailə Quliyeva da, mühəndis Hikmət Həsənov (Hikmətli) da, AzTV-nin bir azdan dillənəcək digər keçmiş əməkdaşları da sədr Alışanovun tükənməyən tamahı və haqsızlığı ilə üzləşmişik. Buna görə də biz sona qədər öz haqqımızı müdafiə edəcəyik. Bu işdə bizə dəstək verən vicdanlı mətbuat nümayəndələrinə minnətdaram!”

AZTV-DƏN NARAZILAR DİLƏ GƏLDİAzərbaycan televiziyası mənə olduqca doğmadır. Mən musiqi redaksiyasında solist olmuşam. Nizami Xudiyevin rəhbərliyi dövründə bütün konsertlərdə, tədbirlərdə sevə-sevə iştirak etmişəm. 10 il ardıcıl olaraq cəbhə bölgələrində, mərhum Heydər Əliyevlə bağlı anım tədbirlərində, bayramlarda, xüsusi əlamətdar günlərdə keçirilən konsertlərdə böyük məmnuniyyətlə çıxış etməm. Şaxta, soyuq, qar-çovğun, qızmar yayı göz önünə almamışam, dəvət olunduğum tədbirlərin heç birindən imtina etməmişəm. Mənə də aydın deyil ki, Arif Alışanov bu vəzifəyə gələndən sonra hansı səbəbdən məni işdən çıxardılar. Özü də Nizami Xudiyevin rəhbərliyi dövründə də Arif Alışanovla mənim münasibətilərimdə heç bir problem olmayıb. Həmişə mənə sayğıyla yanaşıb. Nadir Axundovla, eləcə də onun xanımı Yeganə Axundova ilə də çox mehriban münasibətlərimiz olub. Niyə bu addımı atdılar, bilmirəm”.

Səbəbilə maraqlanmadınızmı?

Sualımıza, Rəşidə xanım “yox, maraqlanmadım” cavabını verdi, amma baş verənlərdən çox incidiyi duyuldu:“Bütün bunlardan çox üzüldüm. Hesab edirəm ki, bu mənə qarşı haqsızlıqdır. Musiqi mühtində böyüyən, Rəşid Behbudov kimi bir sənətkarın övladı və onun məktəbinin yetirməsi, bu sahənin peşəkarı olan bir şəxs kimi hesab edirəm ki, mənə qarşı ədalətsizlik etdilər. İndiyədək jurnalistlərdən də bu haqda məndən soruşan olmayıb ki, AzTV rəhbəri nədən bu addımı atdı. Əgər belə bir sorğunun cavabını ondan almış olsanız, bu cavab mənim üçün də maraqlı olardı. Nə səbəbə mən işimdən uzaqlaşdırıldım?”

Rəşidə Behbudovadan soruşduq ki, işlədiyi müddətdə QSC-dən ona maaş verilibmi? Cavab verdi ki, Nizami Xudiyevin rəhbərliyi dövründə yüksək əməkhaqqı alıb: “Zəhmətimin haqqı veriləndə almışam, verilməyəndə də deməmişəm ki, niyə verilmir. Rəşid Behbudovun qızının əməkhaqqı istəməsini özümə layiq bilməmişəm”.
Qeyd edək ki, 73 yaşlı müğənni, bir çox fəxri titulların sahibi, mərhum İlhamə Quliyeva ömrünün son gününə qədər Az.TV-də səsyazma studiyasının müdir müavini vəzifəsində ştatda olub. QSC rəhbəri 2013-cü ildə xalq artistinin adını AzTV-nin solistləri siyahısından silərək işdən çıxarmışdı. Ondan sonra İlhamə Quliyeva açıqlama verərək demişdi ki, “Bilirəm, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox”. Müğənninin bu təpkisindən sonra A.Alışanov onu müdir müavini vəzifəsiylə susdurmuşdu. Halbuki həmin ərəfədə mətbuatda neçə-neçə əməkdaşın ixtisara düşərək işdən çıxarılması haqda ardıcıl xəbərlər yer alırdı.

Rəşidə Behbudova bu xatırlatmamıza qısaca olaraq belə cavab verdi: “O, İlhamə Quliyeva idi. Görünür, ondan ehtiyat edirdilər. Amma məndən çəkinmirlər. Bu məsələlər haqqında heç vaxt, heç yerdə danışmamışam, haqqımı tələb etməmişəm. Daha doğrusu, etirazımı susaraq bildirmişəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə