Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır
Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır
02 Sentyabr 2016 / 16:54 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, lider operator tədbirin peşəkar telefon mərkəzini təşkil edib.

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC ölkəmizdə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasına dəstək verir. 1 sentyabr tarixindən Bakıda start götürən Beynəlxalq Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib və ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparmaq üçün Azərbaycana gəlib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. Ölkəmiz üçün belə bir əhəmiyyətli tədbirdə Azercell nümunəvi Müştəri Xidmətləri və Telefon Mərkəzini yaratdığına görə, Şahmat Olimpiadası boyu telefon mərkəzinin təşkilini təmin edir. Qeyd edək ki, indiyə qədər baş tutan bütün şahmat olimpiadalarında ilk dəfədir ki peşəkar telefon mərkəzi xidməti göstərilir və onun da təşkili Azercell Telekom-a həvalə olunub. Bununla da Azercell bu sahədə oz zəngin təcrubəsini və peşəkarlığını ölkəmizdə keçirilən möhtəşəm tədbirin uğurla baş tutmasına yönəldir. Xatırladaq ki, 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradan Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Məlumat üçün bildirək ki, Azercell indiyə qədər ölkəmizdə keçirilən bir sıra tədbirlərə və yarışlara müxtəlif cür dəstək verib. Onların arasında Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, I Uşaq Paralimpiya Oyunların və s. Ölkəmizdə futbolun, voleybolun, gimnastikanın və uşaq idmanın inkişafına yönəlik bir çox layihələrə imza atıb.

Hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biri olaraq qəbul edilən Ümumdünya Şahmat Olimpiadasına dəstək olmaqdan məmnunluq hissini bildirən Azercell Azərbaycan milli komandasına uğurlar arzulayır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə