Azercell-lə Avropada tək qiymət
Azercell-lə Avropada tək qiymət
26 Oktyabr 2016 / 16:28 / Baxış sayı: 1258
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azercell Telekom rominqdə olan abunəçiləri üçün indi daha sərfəli danışıq təklif edir. 24 Oktyabr 2016-cı il tarixindən etibarən həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər.

İndi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qaldırmış olur. Nəzərinizə çatdıraq ki, Azercell-in təqdim etdiyi vahid rominq tariflərindən 30 ölkədə yararlanmaq olur.

Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.

Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell həmçinin, fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər. SimSim abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.

Ölkə Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN Mobil Internet xidmətinin hər bir MB görə xidmət haqqı, AZN Göndərilən hər bir SMS-ə görə xidmət haqqı, AZN

Albaniya, Andorra, Bosniya və

Herseqovina, Monteneqro,

İrlandiya, İslandiya, İsveç,

Hollandiya, Makedoniya, Malta,

Slovakiya Respublikası, Sloveniya 0.32 1.5 3.5 0.2

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə