Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib
Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib
11 Noyabr 2016 / 18:46 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, Azercell Telecom MMC Milli Paralimpiya Komitəsi, və “UNİCEF” in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Paralimpiya idman kompleksində II Uşaq Paralimpiya Oyunları keçirilib. Bu il keçirilən idman yarışında respublikanın müxtəlif regionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayıblar. 60 -dan çox sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi Paralimpiya İdman Oyunlarında uğurlu nəticə əldə edən uşaqlar Azercell Telekom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıblar. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Nəzərinizə çatdıraq ki, ötən il I Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri Azercell şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. Onu da qeyd edək ki, Azercell Telekom-un Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 19 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. Azercell bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırmaq üçün köməyini əsrigəməyəcək.

Bizinxeber.az

TP5B5162 TP5B5173 TP5B5176 TP5B5184 TP5B5219 TP5B5221 TP5B5235 TP5B5240 TP5B5251 TP5B5274 TP5B5280 TP5B5285



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə