Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanlı biznesmenin arvadı milyonçular siyahısında

1790 oxunma | Tarix: | 3 həftə öncə

“Forbes” dərgisi Rusiyanın ən varlı qadınlarının siyahısını hazırlayıb. Siyahıda birinci yeri yenə də Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı, “Inteco Management” şirkətinin prezidenti Elena Baturina dayanıb. Onun sərvəti 1,2 milyard dollar dəyərində hesablanıb. Elena bu yeri 2013-cü ildən tutub.

İkinci isə internet-maqazin “Wildberries”in direktoru Tatyana Bakalçuk olub. Onun sərvəti 1 milyard dollardır. Siyahının üçüncüsü peterburqlu milyarder Yuriya Kovalçukun xanımı Tatyana Kovalçuk dayanıb. Onun sərvəti 600 milyon dollardır.

XƏBƏRLƏR:  Nazirlikdən şirkətin iddialarına cavab

Siyahıda azərbaycanlı, milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova da yer alıb. 180 milyon dollar sərvəti olan qadın 23-cü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir